Bakının Sabunçu rayonunda bıçaqlanma baş verib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  hadisə Binə qəsəbəsində yaşanıb.

2006-ci il təvəllüdlü Adişli Tacir Daxil oğlu qonşusu, 14 yaşlı şəxs tərəfindən bıçaqlanıb.

T.Adişli kürəyinin kəsilmiş-deşilmiş xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.

Fakt Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.