İmişli-Biləsuvar avtomobil yolunda yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər ölüb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə səhər saatlarında İmişli-Biləsuvar avtomobil yolunda baş verib.

“Toyota Prado” markalı avtomobilin aşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Yaralılar İmişli xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.