“Avtomatlaşdırılmış Məlumat Bankı”nda (AMB) sənədlərin uçotda saxlanılma müddətləri məlum olub.

Heftelik.az-ın məlumatına görə, bu, “Mərkəzləşdirilmiş kriminal və axtarış uçotlarının təşkili və aparılması qaydaları barədə Təlimat”da əksini tapıb.

AMB-də sənədlərin uçotda saxlanılma müddətləri aşağıdakılardır:

– cinayəti törətmiş şəxs müəyyən edilmədikdə – açılmamış cinayətə dair məlumatlar daim saxlanılır;

– bu Təlimatda nəzərdə tutulmuş hallarda uçot sənədləri bir il saxlanılaraq məhv edilir.