Nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş uçota alınmasının əsasları məlum olub.

Heftelik.az-ın məlumatına görə, bu, “Mərkəzləşdirilmiş kriminal və axtarış uçotlarının təşkili və aparılması qaydaları barədə Təlimat”da əksini tapıb.

Nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş uçota alınmasının əsasları aşağıdakılardır:

– nəqliyyat vasitələrinin talanması və qaçırılması barədə daxili işlər orqanlarında qeydiyyata alınmış ərizə (məlumat);

– nəqliyyat vasitələrinin talanması və qaçırılması faktına dair cinayət işinin başlanması barədə qərar;

– nəqliyyat vasitələrinin talanması və qaçırılması faktına dair bəraətverici əsaslar olmadan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar;

– cinayət işinin başlanması barədə qərarda nəqliyyat vasitəsi cinayət aləti kimi əks olunduqda;

– axtarışda olan nəqliyyat vasitələri barədə Müstəqil Dövlətlər Birliyi ölkələrinin daxili işlər orqanlarının məlumatları.