
Yükqaldıran maşın və mexanizmlərin, avtomobil nəqliyyatının açıq paylayıcı qurğu (APQ) və hava xəttinin (HX) mühafizə zonasında hərəkətinə bu Qaydaların 29.1-ci bəndində göstərilən bir nəfərin və ya inzibati-texniki heyətdən elektrik təhlükəsizliyi üzrə V qrupa malik olan bir nəfərin nəzarəti altında yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Yükqaldıran maşın və mexanizmlərin, avtomobil nəqliyyatının APQ-də hərəkətinə, həmçinin daimi operativ heyət üzvünün və ya elektrik təhlükəsizliyi üzrə IV qrupdan aşağı olmayan qrupa malik operativ-təmir heyətindən işəburaxanın nəzarəti altında yol verilir.
