
Gərginliyi 330 kV və daha yuxarı olan açıq paylayıcı qurğu (APQ) və hava xəttində işləyənlərin insan orqanlarına mənfi təsir edən və yerdən izolə olunmuş elektrik keçirici hissələrə toxunduqda elektrik boşalması yaranan bioloji aktiv (intensivliyi yolverilən qiyməti aşan) elektrik və maqnit sahələrinin təsirindən mühafizəsi təmin olunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
