Maşınların və mexanizmlərin torpaqlanmış metal kabinalarında və ya bağlı metal kuzovlarında, səyyar emalatxana və laboratoriyalarında, həmçinin dəmir-betondan olan binalarda, kərpic və digər dəmir-beton örtüklü, metal karkaslı və ya torpaqlanmış dam örtüklü binalarda elektrik və maqnit sahələrinin yüksək intensivliyindən mühafizə vasitələri tətbiq olunmur.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Əldə daşınan və səyyar ekranlayıcı qurğular onların qurulduğu yerlərdə torpaqlayıcı quruluşlara və ya torpaqlayıcı qurğu ilə birləşməsi olan metal konstruksiyaya en kəsiyi 10 mm2 az olmayan mis naqillə birləşdirilməklə torpaqlanmalıdır.
