İşləyən generatorun rotorunun izolyasiya müqavimətinin və valda gərginliyin ölçülməsi sərəncamla elektrik təhlükəsizliyi üzrə III qrupdan aşağı olmayan qrupa malik 2 (iki) mütəxəssis tərəfindən həyata keçirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.

Təmirə çıxarılmış rotorun kontakt halqalarının yonulması və cilalanmasını, təsirləndiricinin kollektorunun cilalanmasını sərəncamla qeyri-elektrik heyət üzvünün elektrik təhlükəsizliyi üzrə III qrupdan aşağı olmayan qrupa malik mütəxəssisin nəzarəti altında yerinə yetirməsinə yol verilir.