
Elektrik mühərriklərinin yoxlanması üçün qoşulmanın hansı qaydada həyata keçilməli olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Elektrik mühərriklərinin yoxlanması üçün qoşulma aşağıdakı qaydada həyata keçilir:
– iş icraçısı briqadanı işləmə yerindən çıxarır, işdə fasiləni sənədləşdirir, naryadı operativ-təmir heyətinə təhvil verir;
– operativ-təmir heyəti qoyulmuş torpaqlamaları, təhlükəsizlik plakatlarını çıxarır, sxemi yığır.
