İlkin deşmədən sonra kabeldə eyni işi sadalanan əlavə təhlükəsizlik tələbləri olmadan həyata keçirməyə yol verilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.

Odlu işlər aparılarkən alovun yayılmasını məhdudlaşdırmaq üçün odadavamlı materialdan hazırlanmış qalxanlardan istifadə edilməli, yanğının qarşısını almaq üçün tədbirlər görülməlidir. . Odlu işlər aparılarkən əməyin mühafizəsi üzrə tələbləri “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”na uyğun olaraq tərtib edilmiş naryadın “Ayrıca göstərişlər” sətrində göstərməklə əlavə naryadın sənədləşdirilməməsinə yol verilir.