
Yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinin yeri həm planda (diaqramda), həm də işləmə yerində qeyd edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Kabel xətlərinin (KX) mühafizə zonasında yerləşən torpaq işlərinin icrası texniki reqlamentlərə müvafiq olaraq yerinə yetirilməlidir. Kabellərin qazılmasına başlamazdan əvvəl istismarçının KX-nin mülkiyyətçisinin nəzarəti altında KX-ni şurflamaqla KX-nin döşənmə dərinliyi təyin edilməlidir.
