Akkumulyator otaqlarında çəkici-sovurucu ventilyasiyası doldurma başlamazdan əvvəl qoşulur və doldurma qurtardıqdan azı 1,5 saat sonra açılır.

Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.

Akkumulyator otağında elektrolit ilə işlərin görülməsi üçün aşağıdakılar olmalıdır:

– elektrolit düzəltmək və onu qaba tökmək üçün tutumu 1,5-2,0 litr olan lüləkli şüşə, yaxud çini (polietilen) qulplu qab və ya qrafin;

– neytrallaşdırmaq məqsədilə turşu batareyaları üçün 5%-li soda məhlulu və qələvi batareyalar üçün 10%-li bor turşusu, yaxud 9%-li sirkə essensiyası;

– xüsusi geyim, əlləri, ayaqları, üzü və gözləri mühafizə edən fərdi mühafizə vasitələri;

– əlləri yumaq üçün su;

– dəsmal;

– turşulu batareyalar üçün içərisində kəpək olan yeşik.