Qövssöndürücü reaktor (QSR) qoşulması və açılması dielektrik əlcəklərdə və botlarda yerinə yetirilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.

QSR-i işə salarkən ilk öncə transformator qoşulur, sonra isə ayırıcı ilə QSR işə salınır, QSR-i işdən çıxaranda isə əməliyyat əks-ardıcıllıqla yerinə yetirilir. Şəbəkədə yerəqapanma yarandıqda QSR-i qoşmaq və açmaq qadağandır.