Yükün daşınması üçün gəmi bütövlükdə verilmədikdə, gəmi kapitanı təyinat limanına çatdırıla bilməyəcək yükü yükgöndərənin və ya fraxtedənin, yaxud yükə dair sərəncam verməyə səlahiyyəti olan şəxsin sərəncamına müvafiq olaraq başqa limanda boşaltmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Daşıyıcının bildirişi göndəriləndən sonra 72 saat ərzində belə sərəncam alınmadıqda, gəmi kapitanının yükgöndərənə və ya fraxtedənə, yaxud yükə dair sərəncam verməyə səlahiyyəti olan şəxsə bu barədə xəbər verməklə yükü öz mülahizəsinə əsasən yaxın limanların birində boşaltmaq hüququ var.
