Yükü almaq hüququ olan ŞƏXSLƏR

09 Sentyabr 2024, 08:04

Yükü almaq hüququ olan şəxslər müəyyənləşib.

Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.

Daşıyıcı boşaldılma limanında konosament əsasında daşınan yükü konosamentin əsli təqdim edildikdə aşağıdakı şəxslərə verir:

– adlı konosament üzrə – konosamentdə göstərilən yükalana və ya adlı ötürülmə qeydi üzrə və ya tələbin güzəşti üçün müəyyən edilmiş qaydalara müvafiq olaraq digər formada konosamentin verildiyi şəxsə;

– orderli konosament üzrə – göstərişinə konosament tərtib edilmiş şəxsə, əgər konosamentdə olan fasiləsiz ötürülmə qeydləri sırasında axırıncısı bu şəxsə verilmə qeydidirsə və ya axırıncı blank qeydi ilə konosamenti təqdim edən şəxsə;

– təqdim edənə (adsız) konosament üzrə – konosamenti təqdim edən şəxsə.

Yükün daşınması dəniz qaiməsi və ya bu kimi digər sənəd əsasında həyata keçirildikdə, daşıyıcı yükü belə sənəddə göstərilmiş yükalana və ya yükgöndərənin göstərdiyi yükalana verə bilər.