Sığorta müqaviləsi sığortalı tərəfindən doldurulan sığortalanma haqqında ərizə əsasında bağlanır.
Heftelik.az-ın məlumatına görə, bu, “Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası”nda ıksini tapıb.
– ərizə forması sığortaçı tərəfindən müəyyən edilir. Ərizənin mətni aydın və oxunaqlı olmalı, ərizədə əks olunan suallar dəqiq və vahid məna ifadə edərək sual əsasında verilən düzgün və anlaşıqlı cavablarla sığorta riskini birbaşa qiymətləndirməyə imkan verəcək şəkildə tərtib olunur.
– İstehlak krediti üzrə sığortalanma zamanı sığorta müqaviləsi sığortalanma haqqında ərizə olmadan da bağlanıla bilər.
– Sığorta müqaviləsi kağız daşıyıcıda və ya elektron sənəd formasında olmaqla aşağıdakı formalarda bağlanır:
– tərəflərin bu Qayda əsasında tərtib olunan sığorta müqaviləsinin qarşılıqlı imzalaması yolu ilə;
– sığortalının bu Qayda ilə tanış olmasını və onun şərtləri ilə razılaşmasını yazılı qaydada təsdiq etməsi şərti ilə. Bu halda sığorta şəhadətnaməsinin və bu Qaydanın bir nüsxəsi sığortalıya verilir.
