Yunanıstan millisinin və “Panatinaikos” klubunun futbolçusu Corc Baldok evində ölü tapılıb.
Heftelik.az-ın Yunanıstan mətbuatına istinadən verdiyi məlumata görə, İngiltərədə yaşayan həyat yoldaşı 31 yaşlı futbolçu ilə əlaqə saxlaya bilmədikdə narahat olub.
Bundan sonra ortaq dostlarından biri Baldokun Afinadakı evinə gedib və onu hovuzda ölü tapıb.
O, sonuncu dəfə dörd gün əvvəl “Panatinaikos”un “Olimpiakos”u (0:0) qəbul etdiyi derbidə meydana çıxıb və 75-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, Corc əvvəllər İngiltərədə “Şeffild Yunayted” klubunda çıxış edib. O, Yunanıstan millisinin heyətində 12 oyun keçirmişdi.
