Qalxanabənzər vəzdə ultrasəs müayinəsi ilə aşkar edilən sistalar və digər dəyişikliklər ilə (təsadüfi tapıntılar) şəhadətləndirilmə ixtisaslaşdırılmış kompleks müayinə və müalicədən sonra keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.
Subklinik hipotireoz diaqnozu təyin olunan vətəndaşlar hərbi xidmətə çağırılarkən, hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olarkən 6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər, müalicə səmərəsiz olduqda isə “c” bəndi üzrə şəhadətləndirilirlər.
