Orta ağırlıq dərəcəsində şəkərli diabet (mülayim dərəcədə ifadə olunmuş davamlı pozulmalar mülayim dərəcədə ifadə olunmuş retinopatiyanın, nefropatiyanın, periferik nevropatiyanın və angiopatiyanın olması ilə) “b” bəndinə aiddir.

Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.

Orta ağır dərəcədə tireotoksikoz (xəstəliyin başlanğıcından keçən dövr ərzində bədən çəkisinin 25 faizə qədər azalması, nəzərəçarpan vegetativ pozulmalar, nəbzin 1 dəqiqədə 110-120 olması, mülayim dərəcədə vegetativ-damar və emosional pozulmalar, I-II FS xroniki ürək çatışmazlığı ilə tireotoksik kardiomiopatiyanın inkişaf etməsi. BÇİ 41 və daha çox olanlarda bel çevrəsi kişilərdə 94 sm qadınlarda 80-sm-dən aşağı olduqda qərar “b” bəndi üzrə çıxarılır) “b” bəndinə aiddir.