Hərbi-həkim komissiyası hərbi qulluqçunun xidməti vəzifələrinin icrasından 7 gündən 14 günədək tam və ya qismən azad edilməsi barədə qərar çıxarır.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.
Hərbi-həkim komissiyası hərbi qulluqçunun xəstəliyə görə azad edilməsinin zəruriliyi haqqında təkrar qərar çıxarır, lakin azad edilmənin ümumi müddəti 30 gündən artıq olmamalıdır.