Sıradankənar hərbi xidmətə yararlı və ya sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmiş zabitlər, gizirlər, miçmanlar əgər “Xəstəliklər cədvəlində” başqa hal nəzərdə tutulmayıbsa, hava-desant qoşunlarında (HDQ), üzən heyətlərdə (ÜH), dəniz piyadasında (DP), xüsusi təyinatlı dəstələrdə (bundan sonra — XTD) və xüsusi qurğularda (XQ) xidmətə yararsızdırlar.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.
