İki, üç və daha çox cilddən ibarət olan xüsusi icraat işləri bir qeydiyyat vahidi, lakin iki, üç və sair saxlanma vahidi sayılır.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.

Arxiv işləri bölməsində arxiv işlərinin qeydiyyatı bu iş üçün xüsusi olaraq təyin edilmiş və qeydiyyata məsul olan bir və ya bir neçə əməkdaş tərəfindən aparılır.