İstehsal təlimatlarına aydlnlıq gətirilib.

Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.

İstehsal təlimatları aşağıdakılardan ibarət olmalıdır:

– istehsal prosesinin həyata keçirildiyi yer və istifadə olunacaq əsas avadanlıqların siyahısı;

– kritik avadanlıqların hazırlanması (məsələn: təmizlənmə, quraşdırılma, kalibrləmə, sterilizasiya və s.) üçün istifadə olunacaq üsullar və ya onlara istinad;

– istehsal yerinin və avadanlıqların əvvəlki istehsal məhsullarından, planlaşdırılmış istehsal prosesi üçün nəzərdə tutulmayan sənədlərdən və ya materiallardan azad edilməsi, həmçinin avadanlıqların təmiz və istifadə üçün hazır olmasının yoxlanmasına dair təlimatlar (yoxlama vərəqələri);

– mərhələlər təfsilatlı şəkildə göstərilən istehsal təlimatları (materialların yoxlanması, ilkin hazırlıq, materialların istifadə olunma ardıcıllığı, müddət, temperatur və s. kimi prosesin kritik parametrləri və s.);

– yolverilən hədlər qeyd olunmaqla istehsal prosesi zamanı bütün yoxlamalara dair təlimatlar;

– qablaşdırma, markalanma və xüsusi saxlanma şəraiti də daxil olmaqla yarımfabrikatların saxlanmasına dair tələblər;

– müşahidə olunan hər hansı ehtiyat tədbirləri.