Sifarişə uyğun gəldiyinə əmin olmaq üçün qəbul zamanı bütün materiallar yoxlanılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.
Qablar aidiyyəti üzrə təmizlənməli (ehtiyac varsa) və lazımi informasiyanı əks etdirən etiketlərlə markalanmalıdır. Qabların və qablaşdırmaların zədələnməsi, eləcə də məhsulun keyfiyyətinə mənfi təsir edə biləcək istənilən problemlər araşdırılmalı, rəsmi qaydada sənədləşdirilməli və bu barədə Keyfiyyətin yoxlanılması şöbəsinə məlumat verilməlidir.
