Hər hansı konkret məhsul və ya məhsul qrupu üçün sahələrin və avadanlıqların ayrılmasının zəruriliyi və dərəcəsi keyfiyyətə dair risklərin idarə edilməsi prosesinin nəticələrinə əsaslanmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.

Sözügedən təcrid etmə məhsulla təmasda olan hansısa avadanlığın hissələrindən başlayaraq bütövlükdə istehsal xəttinin ayrılmasına kimi dəyişə bilər. Əsaslandırıldığı təqdirdə istehsal fəaliyyətinin çoxfunksional istehsal sahələrində, ayrılmış avtonom istehsal sahələrinə lokalizasiyasına yol verilir.