Sənədlər qarışıq formalarda (elektron və kağız) ola bilərlər. İstər qarışıq, istərsə də eyni formada olan sənədlər üçün sənədin əsli, onun rəsmi surəti, məlumatların işlənməsi və qeydiyyatı arasında əlaqələr və nəzarət tədbirləri müəyyən olunmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.

Şablonlar, formalar və əsas (baş) sənədlər kimi elektron sənədlərə dair müvafiq nəzarət sistemləri olmalıdır. Saxlanma müddəti ərzində qeydlərin tamlığının qorunub saxlanması üçün müvafiq tədbirlər görülməlidir.