Tərəzilər və digər ölçü avadanlıqlarının dəqiqliyi və iş diapazonu istifadə olunduqları istehsal və yoxlama əməliyyatlarına uyğun olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.
Ölçü, çəki, qeydiyyat və sınaq avadanlıqları periodik olaraq müvafiq üsullar əsasında kalibrlənməli və yoxlanmalıdır. Bu yoxlamaların nəticələrinin qeydiyyatı aparılmalı və saxlanmalıdır. Keyfiyyətin yoxlanılması laboratoriyalarında istifadə olunan ölçmə vasitələri yoxlama dövrülüyünə uyğun olaraq yoxlamadan keçirilməlidir.
