Dərman vasitələrinin qablaşdırılması sahələri qarışıq salmanın və çarpaz çirklənmənin qarşısını alacaq şəkildə layihələndirilməli və yerləşdirilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.

İstehsal sahələri, xüsusilə daimi vizual yoxlamaların aparıldığı sahələr yaxşı işıqlandırılmalıdır. İstehsal prosesinə heç bir mənfi təsir göstərməmək şərtilə prosesdaxili yoxlamalar istehsal sahələrində həyata keçirilə bilər.