Məsləhətçilər cəlb olunduqları fəaliyyətə dair müvafiq təhsilə, təlimə və təcrübəyə malik olmalıdırlar.
Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.
Məsləhətçilərin adları, ünvanları, ixtisası və göstərdikləri xidmət növü qeyd olunmalı və saxlanmalıdır.
Sahələr və avadanlıqlar yerinə yetiriləcək əməliyyatlara uyğun olacaq şəkildə yerləşdirilməli, layihələndirilməli, tikilməli,quraşdırılmalı, təchiz edilməli, uyğunlaşdırılmalı, istifadə edilməli və qorunub saxlanmalıdırlar. Onlar xətaların olma riskini minimuma endirəcək, eləcə də çarpaz çirklənmə, tozun və çirkin yığılması və digər məhsulun keyfiyyətinə mənfi təsir göstərə biləcək hər hansı amillərin qarşısını almaq məqsədi ilə effektiv təmizləmə və texniki qulluğu təmin edəcək şəkildə yerləşdirilməli və layihələndirilməlidirlər.
