Ətraf əzələlərinin mülayim dərəcədə ifadə olunmuş atrofiyası ilə müşayiət olunan, cüzi fiziki yük nəticəsində yaranan, oynağın nəzərəçarpan qeyri-sabitliyi (“laxlaması”) və ya residivləşən sinoviti ilə iri oynaqların tez-tez (ildə 3 dəfə və daha çox) çıxıqları və iri oynaqların birində ağrı sindromu ilə müşayiət olunan deformasiyaedici (rentgenoqramda oynaq yarığının eni 2–4 mm) osteoartroz “b” bəndinə aiddir.
Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.
