Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iaşə obyektində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Heftelik.az-a verilən məlumata görə, əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

İaşə obyektində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən tam söndürülüb.