Sosial kirayə müqavilələri ilə verilən yaşayış sahələrinin dəyişdirilməsi etibarsız hesab edilərsə, yaşayış sahələrinin dəyişdirilməsi haqqında müvafiq müqavilənin tərəfləri əvvəl yaşadıqları yaşayış sahələrinə köçürülürlər.

Heftelik.az-ın məlumatına görə, bu, Mənzil Məcəlləsində əksini tapıb.

Əgər sosial kirayə müqavilələri ilə verilən yaşayış sahələrinin dəyişdirilməsi haqqında müqavilə tərəflərdən birinin hüquqazidd hərəkətləri nəticəsində etibarsız hesab edilərsə, təqsirkar tərəf digər tərəfə bu dəyişdirilmə nəticəsində dəymiş zərəri ödəməlidir.