Sosial kirayə müqaviləsi ilə verilmiş yaşayış sahəsinin ikinci əldən kirayəyə verilməsinə dair müqavilə ləğv edilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, Mənzil Məcəlləsində əksini tapıb.
Sosial kirayə müqaviləsi ilə verilmiş yaşayış sahəsinin ikinci əldən kirayəyə verilməsinə dair müqavilə aşağıdakı hallarda ləğv edilə bilər:
– tərəflərin razılığı ilə;
– ikinci əldən kirayəçi yaşayış sahəsinin ikinci əldən kirayə müqaviləsinin şərtlərini yerinə yetirmədikdə.
