Kirayəyə verən kirayəçinin yaşayış sahəsinin əvəz edilməsi barədə ərizəsi əsasında onun verildiyi gündən üç ay müddətində kirayəçiyə onunla razılaşdırılmış digər yaşayış sahəsini verməyə borcludur.
Heftelik.az-ın məlumatına görə, bu, Mənzil Məcəlləsində əksini tapıb.
Bir mənzildə yaşayan və mənzildəki yaşayış sahələrindən ayrı-ayrı sosial kirayə müqavilələri əsasında istifadə edərək, bir ailədə birləşmiş vətəndaşların yaşadıqları bütün yaşayış sahələrinin sosial kirayə müqaviləsini onlardan biri ilə bağlamağı tələb etmək ixtiyarı var.
