Cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə hakimlərin eyni tərkibində baxılır.

Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessul Məcəllədə əksini tapıb.

Hakimlərdən birinin məhkəmə baxışında iştirakı davam etdirmək imkanı olmadıqda o, digər hakimlə əvəz edilir, cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə baxılması isə bu Məcəllənin 309-cu maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, əvvəldən başlanır.