“Daşınmaz əmlak üzrə sadələşdirilmiş verginin bəyannaməsi” üzrə risklərin müəyyən edilməsi zamanı AVİS-dən kənar qaydada kameral yoxlamalar aparılır.

Heftelik.az-ın məlumatına görə, bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.

“Daşınmaz əmlak üzrə sadələşdirilmiş verginin bəyannaməsi” üzrə risklərin müəyyən edilməsi zamanı bu Qaydalarla müəyyən edilən aşağıdakı risk meyarları nəzərə alınmaqla AVİS-dən kənar qaydada kameral yoxlamalar aparılır:

– Daşınmaz əmlakın alqı-satqısı ilə bağlı aparılan notariat əməliyyatları barədə məlumatlar;

-Daşınmaz əmlakın alqı-satqısı ilə bağlı ixtisaslaşdırılmış hərrac təşkilatlarının apardıqları əməliyyatları barədə məlumatlar;

– Dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim etməklə hesablanmış məbləğlərə azalmalar vermiş vergi ödəyiciləri üzrə azalma hallarının səbəblərinin müəyyənləşdirilməsi;

– Digər səlahiyyətli orqanlardan alınan məlumatlar;

– Vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar.