“Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) fiziki şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri barədə bəyannaməsi”nin əlavəsi vergi ödəyicisi haqqında ümumi məlumat və kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) fiziki şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri barədə məlumat bölmələrindən ibarətdir.
Heftelik.az-ın məlumatına görə, bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.
Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) fiziki şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri barədə bəyannaməsi” üzrə risklərin müəyyən edilməsi zamanı bu Qaydalarla müəyyən edilən aşağıdakı risk meyarları nəzərə alınmaqla AVİS-dən kənar qaydada kameral yoxlamalar aparılır:
– İcarəyə götürülmüş və ya sahibliyində kənd təsərrüfatına yararlı torpaq sahəsinin olub-olmaması hallarının araşdırılması;
– Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemindən (EKTİS) əldə edilən məlumatlara əsasən subsidiyalar əldə olunması hallarının araşdırılması;
– Azərbaycan Biznesinin İnkişafı Fondundan kənd təsərrüfatı məqsədləri üçün kreditlərin əldə olunması hallarının araşdırılması;
– Kənd təsərrüfatı təyinatı ilə özünüməşğulluq çərçivəsində avadanlıq, mal-heyvanların əldə olunması hallarının araşdırılması;
Vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar vergi orqanında olan və hesabat dövrü üzrə vergitutma bazasına təsir edən aşağıdakı məlumatların araşdırılması:
– Kredit və ya elektron pul təşkilatlarından və ya bank əməliyyatları aparan şəxslərdən alınan rəsmi məlumatlar;
– Digər səlahiyyətli orqanlardan alınan məlumatlar;
– Vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar.
