Türkiyənin “Fənərbaxça” klubu “Zirə”nin futbolçusu Salifu Sumanı transfer etmək istəyir.

Heftelik.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, komandanın portuqaliyalı məşqçisi Joze Mourinyo vingerin xidmətində maraqlıdır.

İstanbul təmsilçisi futbolçunun keçidi üçün “Zirə”yə 800 min avro ödəməyə hazırdır.

Tərəflər arasında ilkin danışıqların olduğu da bildirilib.