Kommunal mənzildə otağın mülkiyyətçisinin nələri etməyə hüququ olmadığı müəyyənləşib.
Heftelik.az-ın məlumatına görə, bu, Mənzil Məcəlləsində əksini tapıb.
Kommunal mənzildə otağın mülkiyyətçisinin aşağıdakıları etməyə hüququ yoxdur:
– kommunal mənzilin ümumi əmlakına ümumi mülkiyyət hüququnda payını natura şəklində ayırmağa;
– kommunal mənzilin ümumi əmlakına ümumi mülkiyyət hüququnda payını özgəninkiləşdirməyə, habelə həmin payın göstərilən otağa mülkiyyət hüququndan ayrılıqda başqasına keçməsinə səbəb olan digər hərəkətlər etməyə.
