Şahid ifadələrinin audio yazısının səsləndirilməsinə, video və ya kino çəkilişinin göstərilməsinə yalnız onun dindirilməsi protokolu və ya şahidin ifadələri yazılan hissədə məhkəmə iclasının protokolu elan edildikdən sonra yol verilir.

Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessul Məcəllədə əksini tapıb.

Zərər çəkmiş şəxs bu Məcəllənin 328-ci maddəsində şahidin dindirilməsi üçün nəzərdə tutulmuş qaydalar üzrə dindirilir, habelə onun ifadələrinin elan edilməsinə bu Məcəllənin 329-cu maddəsində göstərilən qaydada yol verilir.