Təqsirləndirilən şəxs gizləndikdə və ya xroniki, yaxud digər ağır xəstəliyə tutulduğuna görə onun məhkəmə iclasına gəlməsi qeyri-mümkün olduqda məhkəmə həmin təqsirləndirilən şəxs tapılanadək və ya sağalanadək onun barəsində cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatı dayandırır, digər təqsirləndirilən şəxslər barəsində isə məhkəmə baxışını mümkün olduqda davam etdirir.

Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessul Məcəllədə əksini tapıb.