Beynəlxalq təşkilat kütləvi təklif olunmuş qiymətli kağızlarının emissiyasının baş tutmamış hesab edilməsi barədə Mərkəzi Bankın qərarını açıqlamalı, həmin qərarın qəbul edildiyi tarixdən etibarən 10 (on) iş günü ərzində investorlara ödədikləri vəsaitlərin qaytarılmasını təmin etməli və bunun nəticələri barədə Mərkəzi Banka yazılı məlumat təqdim etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların investisiya qiymətli kağızlarının emissiyası, kütləvi təklifi və tədavülü Qaydası”nda əksini tapıb.
Beynəlxalq təşkilatın qiymətli kağızlarının emissiyası zamanı bu Qaydanın tələbləri pozulduğu hallarda məhkəmə həmin buraxılışı etibarsız hesab edə bilər. Bu halda həmin emissiyaya daxil olan bütün qiymətli kağızlar dövriyyədən çıxarılır və beynəlxalq təşkilatın qiymətli kağızlarının yerləşdirilməsindən əldə edilmiş vəsait investorlara qaytarılır.
