Vəsiyyət tapşırığı əsasında yaşayış sahəsində yaşayan vətəndaş vəsiyyət tapşırığından irəli gələn yaşayış sahəsindən istifadə hüququnun dövlət qeydiyyatına alınmasını tələb etmək hüququna malikdir.

Heftelik.az-ın məlumatına görə, bu, Mənzil Məcəlləsində əksini tapıb.

Ömürlük dolandırmaqla himayəçilik haqqında müqavilədə başqa hal müəyyən edilməyibsə, yaşayış sahəsində ömürlük dolandırmaqla himayəçilik müqaviləsi əsasında yaşayan vətəndaş yaşayış sahəsindən bu Məcəllədə nəzərdə tutulmuş şərtlərlə istifadə edir.