Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı iki aydan sonra ilk dəfə görüntülənib.

Heftelik.az-ın məlumatına görə, MHP sədri Dövlət Baxçalı xəstəlikdən sonra ilk dəfə ictimaiyyət arasında görünüb.

MHP lideri partiyanın qurucu sədri Alparslan Türkeşin vəfatının 28-ci ildönümündə Ankarada onun məzarını ziyarət edib.

Baxçalı daha sonra partiyanın qərargahına gedib.

Qeyd edək ki, MHP sədri fevralın 6-da ürək qapağı xəstəliyindən əməliyyat olunub. O, həmin tarixdən istirahətdə idi.