Akademik Musiqili Teatrına yeni direktor təyin edilib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb.
Əmrə əsasən Aqil Adil oğlu Bəhramlı Akademik Musiqili Teatrına direktor təyin edilib.
Qeyd edək ki, Aqil Bəhramlı sözügedən təyinata qədər Gəncə Dövlət Dram teatrının direktoru vəzifəsində çalışıb.
