Evakuator, dayanma və durma qaydaları pozulmuş və tıxac yaratmış nəqliyyat vasitələrinin aparılması üçün istifadə olunur.
Heftelik.az-ın məlumatına görə, bu, Yol-patrul xidməti haqqında Təlimatda əksini tapıb.
YPX inspektoru, bu prosesin həyata keçirilməsini foto və video çəkilişlə sənədləşdirir. Evakuatorun istifadəsi zamanı məlumatlar “Evakuatorla təxliyyə olunan nəqliyyat vasitələrinin qeydiyyatı jurnalı”na qeyd edilir. Həmçinin, “Nəqliyyat vasitəsinin duracağa göndəriş vərəqəsi”ni dolduraraq evakuator heyətinə təqdim edir.
