YPX inspektoru patrul postuna çatdıqda texniki tənzimləmə vasitələrinin işlək vəziyyəti yoxlanmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, Yol-patrul xidməti haqqında Təlimatda əksini tapıb.
Yolda aparılan təmir-tikinti və digər işlər barədə məlumat əldə edilməlidir. Patrul postunun təhvil alınması və aşkar olunan çatışmazlıqlar barədə növbətçi hissəyə məlumat verilməlidir. Hərəkət iştirakçılarına yol vəziyyəti barədə məlumat verərək maneələr aradan qaldırılmalıdır.
