Dövlət yol polisi videomüşahidə kameraları vasitəsilə yol hərəkəti qaydalarını pozan sürücüləri aşkar edir.

Heftelik.az-ın məlumatına görə, bu, Yol-patrul xidməti haqqında Təlimatda əksini tapıb.

İnzibati xəta baş verdikdə, xüsusi texniki vasitələrin məlumatları real vaxt rejimində BDYPİ-nin mərkəzi informasiya sisteminə ötürülür. Bu məlumatlar, nəqliyyat vasitəsinin qeydiyyat nişanını və pozuntunu əks etdirən foto və video materiallardan ibarət olur. Bu proses qanunvericiliklə tənzimlənir və elektron şəkildə həyata keçirilir.