Baş mexanikin vəzifə borcu məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.
Baş mexanik inşaat maşınlarının, avtonəqliyyatın və avadanlıqların tikinti meydançalarında və təşkilatın təsərrüfatında texniki cəhətdən düzgün istismarını və fasiləsiz işini təmin edir, həmçinin onların təhlükəsiz istismarını və istifadə növbəsinin artırılmasını təmin edir və nəzarətdə saxlayır. Baxışların, sınaqların və inşaat maşınlarının və avadanlıqlarının mövcud normativ-texniki sənədlərə müvafiq əməli (profilaktik) təmirinin işləmə planlarını təşkil edir, bu planları təsdiq edir və onların yerinə yetirilməsinə nəzarət edir. Maşınların işini idarə edən müasir üsulların, texniki xidmətin və təmirin mütərəqqi metodlarının tətbiqini təşkil edir. Əmək sərfinin, maşınların istismar və təmirinin dəyərinin azaldılması üzrə tədbirləri həyata keçirir. Plan-xəbərdaredici təmirinin aparılmasını planlaşdırır və təşkil edir. İnşaat maşınlarının, avadanlıqların, cihazların sınaqdan keçməsinə nəzarət edir.
