Baş texnoloq elm və texnikanın nailiyyətlərinin, mütərəqqi texnologiya, layihələndirmənin tətbiqi və texnoloji sistemlərin ətraf mühitin mühafizəsi üsullarının, layihə gücünün öyrənilməsinin tətbiqini təmin edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.
Eyni zamanda baş texnoloq iş yerlərinin və texnoloji proseslərin attestasiyası üzrə komissiyanın işində iştirak edir. Tikintinin texnologiyasının yaxşılaşdrılmasına yönəldilmiş səmərələşdirici təkliflərin tətbiqinə nəzarəti həyata keçirir. İstehsalın texnoloji hazırlıq xidmətinə və bölmələrinə rəhbərlik edir.
